"Yayılan görüntülərlə bağlı araşdırma aparılır"  - Ehsan Zahidov
08 iyun 2020 19:39 (UTC +04:00)

"Yayılan görüntülərlə bağlı araşdırma aparılır" - Ehsan Zahidov

0

“Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd  hallara yol verilib”.

Bunu APA-ya Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. O bildirib ki, yayılan görüntülərlə bağlı araşdırmalar aparılır. 

“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş  hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”, - E. Zahidov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 17910

Oxşar yazılar